Qeyri-bankçılıq
235

"Prior Leasing" nizamnamə kapitalını 5 milyon manata çatdırıb

Bakıda fəaliyyət göstərən "Prior Leasing" ASC nizamnamə kapitalını daha 3 milyon manat və yaxud 2,5 dəfə artıraraq 2 milyon manatdan 5 milyon manata çatdırıb. 

"Renkinq" bu barədə Vergilər Nazirliyinə istinadən xəbər verir. 

Bu, son 3 ay ərzində "Prior Leasing"də 2-ci kapital artımıdır. Bundan əvvəl şirkətin nizamnamə kapitalı 200 dəfə artırılaraq 10 min manatdan 2 milyon manata çatdırılıb, eləcə də rəhbəri dəyişdirilib (Eldəniz Rüstəmovu Azər Hümbətov əvəz edib). 

2014-cü ildə yaradılmış "Prior Leasing"in son vaxtlar aktivləşdiyi hiss olunur.

Könül Hüseynova

Bölmədən olan bütün xəbərlər