Büdcə
221

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun mənfəəti 32% artıb

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun mənfəəti 32% artıb

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) 2018-ci ili 104,978 milyon manat mənfəətlə başa vurub.

“Renkinq” Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2017-ci ilə nisbətən təxminən 32% çoxdur.

Bu il yanvarın 1-nə ADIF-in aktivləri 952,342 milyon manat olub ki, bu da illik müqayisədə 3,95% azdır. Bunun 790,336 milyon manatını dövlət vekselləridir. Ötən il bu göstərici cəmi 0,15% artıb.

Hesabat dövründə ADIF-in öhdəlikləri 86,3% azalaraq 11,705 milyon manata, o cümlədən kompensasiya ödənişləri üzrə öhdəlikləri 83,8% azalaraq 11,693 milyon manata düşüb, Fondun balans kapitalı isə 3,85% artaraq 940,638 milyon manata çatıb.

Bölmədən olan bütün xəbərlər