Büdcə
165

Azərbaycanda ötən ay qiymətlər 0,4% azalıb

Azərbaycanda ötən ay qiymətlər 0,4% azalıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri ötən ilin eyni dövrünə nisbətən 2,4%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 2,3%, qeyri-ərzaq mallarının qiymətləri 1,3%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 3,4% artıb.

“Renkinq” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, təkcə may ayında isə istehlak məhsulları və xidmətlər aprel ayına nisbətən 0,4%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları 1,1% ucuzlaşıb, qeyri-ərzaq mallarının qiyməti sabit qalıb, əhaliyə göstərilən ödənişli xidmətlər isə 0,1% bahalaşıb.

Bölmədən olan bütün xəbərlər