Sığorta
50

Azərbaycanda sığorta ödənişlərinin 70%-i 5 şirkətin payına düşür

Azərbaycanda sığorta ödənişlərinin 70%-i 5 şirkətin payına düşür

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda həyata keçirilmiş 66,651 milyon manat sığorta ödənişinin 46,936 milyon manatı və yaxud 70,4%-i 5 sığorta şirkətinin payına düşüb.

"Renkinq" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (17,62 milyon manat), "PAŞA Sığorta" (14,676 milyon manat), "Atəşgah Sığorta" (6,427 milyon manat), "Atasığorta" (4,934 milyon manat) ASC-lər və "Azərsığorta"dır (4,279 milyon manat).

4 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə "Naxçıvan Sığorta" (1 min manat), "Bakı Sığorta" (40 min manat), "İpək Yolu Sığorta" (53 min manat) və "Amrah Sığorta" (62 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 156 min manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,25%-i deməkdir.

Qalan 12 sığorta şirkətinin ümumi ödənişləri isə 19,559 milyon manat (29,35%) təşkil edib.

Bölmədən olan bütün xəbərlər