Bankçılıq
324

"Bank Standard"ın Kreditorlar Komitəsinə yeni sədr seçilib

Ləğv prosesində olan "Bank Standard" QSC-nin Kreditorlar Komitəsinin sədri dəyişib. 

"Renkinq" xəbər verir ki, indiyə qədər bu vəzifəni tutan hüquqşünas Əkrəm Həsənovu Bankın əmanətçisi Şahin Əhmədov əvəz edib. 

Köhnə sədrin istefa verməsi və yeni sədrin seçilməsi Komitənin bu gün keçirilmiş növbəti iclasında baş tutub. İclasda Komitənin katibi də dəyişib. Raziyə İsayevanı Nailə Təhməzova əvəzləyib. 

Bundan başqa, Komitə üzvlərinin sayı 2 dəfədən çox artırılaraq 27-dən 60-a çatdırılıb. 

Növbəti iclas sentyabrın 24-də keçiriləcək. 

Bölmədən olan bütün xəbərlər