Sığorta
199

Azərbaycanda həyat sığortası 31% azalıb, qeyri-həyat sığortası isə 3% artıb

Azərbaycanda həyat sığortası 31% azalıb, qeyri-həyat sığortası isə 3% artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 90,569 milyon manat sığorta haqqı toplanılıb.

“Renkinq” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 31,1% azdır.

Son 1 ildə qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 174,727 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 2,8% çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 32,6% azalaraq 21,684 milyon manata, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 2,9% azalaraq 44,967 milyon manata düşüb.

Beləliklə, 2019-cu ilin yanvar-aprel aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 23,9 manatı, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 25,7 manatı müştərilərə geri ödənilib. Bu rəqəmlər 2018-ci ilin yanvar-aprel aylarında müvafiq olaraq 24,5 manat və 27,3 manat olub. 

Bölmədən olan bütün xəbərlər