Sığorta
195

Azərbaycanda könüllü sığorta 13% azalıb, icbari sığorta isə 11% artıb

Azərbaycanda könüllü sığorta 13% azalıb, icbari sığorta isə 11% artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 176,202 milyon manat sığorta haqqı toplanılıb.

“Renkinq” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,15% azdır.

Son 1 ildə icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə 10,6% artaraq 89,094 milyon manat olub.

Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 43,346 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 23,9% azdır. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 8,1% artaraq 23,305 milyon manata çatıb.

Beləliklə, 2019-ci ilin yanvar-aprel aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 24,6 manatı qədər ödəniş edilib. Bu rəqəm 2018-ci ilin yanvar-aprel aylarında 25,8 manat olub. Son 1 ildə icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 26,8 manatdan 26,2 manata düşüb.

Bölmədən olan bütün xəbərlər