Qeyri-bankçılıq
218

“Viza Kredit" BOKT-un zərəri 33% artıb

“Viza Kredit

“Viza Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2018-ci ili 850 min manat zərərlə başa vurub.

“Renkinq” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2017-ci ilə nisbətən 32,8% çoxdur.

Ötən il “Viza Kredit”in gəlirləri 148 min manat, o cümlədən faiz gəlirləri 122 min manat, qeyri-faiz gəlirləri 26 min manat, xərcləri 450 min manat, o cümlədən faiz xərcləri 128 manat, qeyri-faiz xərcləri 322 min manat, xüsusi ehtiyatlara ayırmaları isə 549 min manat təşkil edib.

Bu il yanvarın 1-nə “Viza Kredit”in aktivləri 983 min manat olub ki, bu da illik müqayisədə 52,9% azdır. Bunun 876 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2018-ci ildə BOKT-un kredit portfeli 50,7% kiçilib.

Hesabat dövründə “Viza Kredit”in 57,7% azalaraq 1,006 milyon manata, balans kapitalının çatışmazlığı isə 92,15% azalaraq 23 min manata düşüb.

Bölmədən olan bütün xəbərlər