Büdcə
266

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 31% artıb

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 31% artıb

Bu ilin yanvar-may aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 1 733,497 milyon manat təşkil edib.

“Renkinq” DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,8% çoxdur.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 18,3% artaraq 403,939 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 31,2% artaraq 1 196,512 milyon manat, aksizlər üzrə daxilolmalar 2 dəfə artaraq 116,205 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 17,8% artaraq 16,841 milyon manat olub.

Bölmədən olan bütün xəbərlər