Sığorta
206

Azərbaycanın sığorta bazarı kiçilməyə başlayıb

Azərbaycanın sığorta bazarı kiçilməyə başlayıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycandakı 21 sığorta şirkətinin xətti ilə 265,297 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

“Renkinq” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12% azdır. 

Xatırladaq ki, yanvar-mart aylarının yekununda sığorta bazarında 4,2% artım qeydə alınmışdı. 

4 ay ərzində sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 66,651 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 15,1% azdır.

2019-cu ilin yanvar-aprel aylarında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 25,1 manatı ödəniş edilib. 2018-ci ilin müvafiq dövründə bu göstərici 26 manat olub. 

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər