Sığorta
226

"Bakı Konqres Mərkəzi" sığortaçı seçir

"Bakı Konqres Mərkəzi" MMC daşınmaz əmlakın icbari sığortası xidmətinin satın alınması ilə əlaqədar açıq tender elan edib.

"Renkinq" xəbər verir ki, tenderdə iştirak haqqı 300 manatdır.

İddiaçılar ilkin sənədləri avqustun 5-nə qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə avqustun 14-nə qədər şirkətin Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 130 ünvanında yerləşən inzibati binasına təqdim etməlidirlər.

Təkliflərə avqustun 16-da, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri tender prosedurunda iştirak edə bilərlər.

Könül Hüseynova

Bölmədən olan bütün xəbərlər