İnvestisiya
76

"Bakı Fond Birjası" xalis mənfəətini 3 dəfə artırıb

"Bakı Fond Birjası" QSC (BFB) 2018-ci ili 3,718 milyon manat xalis mənfəətlə başa vurub.

"Renkinq" Birjanın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2017-ci ilə nisbətən 2,5 dəfə çoxdur.

Ötən il BFB-nin gəlirləri 6,027 milyon manat, xərcləri 1,37 milyon manat, mənfəət vergisi ödəmələri isə 938 min manat təşkil edib.

Bu il yanvarın 1-nə Birjanın aktivləri 8,795 milyon manat olub ki, bu da illik müqayisədə 74,2% çoxdur. Hesabat dövründə maliyyə qurumunun öhdəlikləri 2,3 dəfə artaraq 939 min manata, balans kapitalı isə 69,2% artaraq 7,856 milyon manata çatıb.

Bölmədən olan bütün xəbərlər