Büdcə
204

Mənzil İnşaatı Dövlət Agentliyi ilk maliyyə hesabatını açıqlayıb

Mənzil İnşaatı Dövlət Agentliyi ilk maliyyə hesabatını açıqlayıb

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) 2018-ci ili 3,015 milyon manat xalis mənfəətlə başa vurub. 

“Renkinq” bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, ötən il MİDA-nın dövlət yardımı hesabına gəlirləri 1,379 milyon manat, maliyyə gəlirləri 4,371 milyon manat, əməliyyat zərəri 16 min manat, ümumi və inzibati xərcləri 1,97 milyon manat, mənfəət vergisi ödəmələri isə 748 min manat təşkil edib.

Bu il yanvarın 1-nə Agentlik 103,826 milyon manatlıq aktivlərə, o cümlədən 314 min manatlıq öhdəliklərə, 103,512 milyon manatlıq balans kapitalına malik olub.

Bölmədən olan bütün xəbərlər