Bankçılıq
316

"Azərbaycan Beynəlxalq Bankı" aktivlərindən ən yaxşı istifadə edən bankdır

Azərbaycanda fəaliyyət göstərən 30 bank bu ilin I rübünü 123,9 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da onların bu il aprelin 1-nə malik olduqları 29 846,9 milyon manat məbləğində aktivlərin 0,4%-i qədərdir.

Bu, "Renkinq"in apardığı araşdırma nəticəsində məlum olub.

Ayrı-banklarda isə sözügedən nisbət fərqlidir. Belə ki, yanvar-mart aylarından mənfəətlə çıxmış 21 bank arasında aktivlərindən ən yaxşı istifadə edəni "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) olub. Bu bankın əldə etdiyi mənfəət aktivlərinin 1,5%-ni təşkil edib. Xatırladaq ki, ABB aktivlərinin məbləğinə görə də ölkədə liderdir.

Fəaliyyət effektivliyinə görə, 2-ci yeri "Kapital Bank" ASC tutub. Bu bank ötən rüb aktivlərinin 1,3%-i qədər mənfəət əldə edib. Bu arada, "Kapital Bank" aktivlərinin məbləğinə görə, 30 bank arasında 3-cü yerdə qərarlaşıb.

Mənfəətinin aktivlərinə nisbətinə görə 3-cü yerə isə 1%-lik göstərici ilə "Bank VTB Azərbaycan" ASC sahib olub. Baxmayaraq ki, bu bank aktivlərinin məbləğinə görə, ölkədə 28-cidir.

Mənfəətlə işləyən qalan 18 bankda isə sözügedən göstərici 0-1% arasında dəyişir.

Bankın adı

Bankın rüblük mənfəətinin /

zərərinin aktivlərinə nisbəti

1

Azərbaycan Beynəlxalq Bankı

1,5%

2

Kapital Bank

1,3%

3

Bank VTB Azərbaycan

1,0%

4

Unibank

0,9%

5

PAŞA Bank

0,8%

6

Nikoyl Bank

0,7%

7

Naxçıvan Bank

0,6%

8

Premium Bank

0,5%

9

Rabitəbank

0,5%

10

Azərbaycan Sənaye Bankı

0,4%

11

Express Bank

0,4%

12

Yapı Kredi Bank Azərbaycan

0,4%

13

Zıraat Bank Azərbaycan

0,4%

14

Xalq Bank

0,3%

15

Günay Bank

0,2%

16

Azər-Türk Bank

0,1%

17

Bank Respublika

0,1%

18

AFB Bank

0,0%

19

Atabank

0,0%

20

Bank Avrasiya

0,0%

21

Turan Bank

0,0%

22

AGBank

-0,1%

23

NBC Bank

-0,2%

24

Amrah Bank

-0,8%

25

Bank of Baku

-2,9%

26

Bank BTB

-0,9%

27

Pakistan Milli Bankı - Bakı

-1,1%

28

Muğan Bank

-2,5%

29

İran Milli Bankı - Bakı

-8,3%

30

Access Bank

-9,3%

Bölmədən olan bütün xəbərlər