Bankçılıq
224

“Bank Respublika” Ramazan bayramı ərəfəsində xeyriyyə aksiyası keçirdi

“Bank Respublika” Ramazan bayramı ərəfəsində xeyriyyə aksiyası keçirdi

Müsəlman dünyasının müqəddəs bayramlarından biri olan Ramazan bayramı ərəfəsində Bank Respublika” ASC növbəti sosial aksiya keçirib.

Belə ki, bu dəfə Bankın əməkdaşları Saray qəsəbəsində yerləşən "Çıraq"uşaq inkişaf mərkəzində müalicə alan və xüsusi qayğıya ehtiyacı olan aztəminatlı ailələrdən olan uşaqları ziyarət ediblər. Görüşdə çıxış edən bankın nümayəndələri görüşə qatılan 30 ailəni salamlayıb, onları qarşıdan gələn Ramazan Bayramı münasibətilə təbrik edərək mərkəzdə müalicə alan övladlarına şəfa diləyiblər. Daha sonra Bankın hazırladığı zəruri ərzaq məhsullarından ibarət xüsusi bayram sovqatları ailələrə təqdim edilib.

Aksiyanın keçirilməsində əsas məqsəd mərkəzdə müalicə alan uşaqlara və onların ailələlərinə bayram sevincini yaşatmaq, eləcə də sağlamlıq imkanları məhdud olan uşaqların problemlərini cəmiyyətin diqqətinə çatdırmaq və bu problemlərin həllində cəmiyyətin dəstəyinə nail olmaqdan ibarət olub.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Bölmədən olan bütün xəbərlər