Qeyri-bankçılıq
297

“Azinvestkredit” BOKT ötən ili mənfəətlə başa vurub

“Azinvestkredit”  BOKT ötən ili mənfəətlə başa vurub

“Azinvestkredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2018-ci ili 8 min manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT 2017-ci ildən 9 min manat zərərlə çıxmışdı.

“Renkinq” xəbər verir ki, ötən il “Azinvestkredit”in gəlirləri 111 min manat, o cümlədən faiz gəlirləri 100 min manat, qeyri-faiz gəlirləri 11 min manat, xərcləri 101 min manat, o cümlədən faiz xərcləri 0 manat, qeyri-faiz xərcləri 101 min manat, xüsusi ehtiyatlara ayırmaları 0 manat, mənfəət vergisi ödəmələri isə 2 min manat təşkil edib.

Bu il yanvarın 1-nə “Azinvestkredit”in aktivləri 421 min manat olub ki, bu da illik müqayisədə 5% çoxdur. Bunun 401 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2018-ci ildə BOKT-un kredit portfeli 22,6% böyüyüb.

Hesabat dövründə “Azinvestkredit”in 13 min manatlıq öhdəlikləri yaranıb, balans kapitalı isə 1,75% artaraq 408 min manata çatıb.

Bölmədən olan bütün xəbərlər