Sığorta
264

“Bank Respublika” “Bakı Sığorta”dakı payının bir hissəsini “Ekolizinq”ə satıb

“Bank Respublika” “Bakı Sığorta”dakı payının bir hissəsini “Ekolizinq”ə satıb

“Ekolizinq” MMC “Bakı Sığorta” ASC-nin səhmdarı olub.

“Renkinq” bu barədə sığortaçının maliyyə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, indiyə qədər “Bakı Sığorta”nın səhmlərinin 57,9785%-nə nəzarət edən “Bank Respublika” ASC payının 6,6843%-lik hissəsini lizinq şirkətinə satıb. Son nəticədə Bankın payı 51,2943%-ə düşüb.

“Bakı Sığorta”nın səhmlərinin qalan hissələri isə əvvəlki qaydada “Diamond Motors”, “Subaru Azərbaycan” və “Yeni Motor” MMC-lərə (hər biri 9,375%), Murad Arif oğlu Rəhimova (6,9653%) və Behbud Çingiz oğlu Nəcəfova (6,9312%) məxsusdur. 

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər