Büdcə
173

ARDNF valyuta hərraclarındakı satışını 8% azaldıb

ARDNF valyuta hərraclarındakı satışını 8% azaldıb

Dövlət Neft Fondu (ARDNF) bu ilin may ayında valyuta hərraclarında 352,4 milyon ABŞ dolları satıb.

“Renkinq” Fonda istinadən xəbər verir ki, bu, bu ilin aprel ayı ilə müqayisədə 71,3 milyon dollar və yaxud 16,8%, ötən ilin mayayına nisbətən isə 70,3 milyon dollar və yaxud 16,6% azdır.

2019-cu ilin yanvar-may aylarında isə ARDNF-in valyuta hərraclarında satışı 2 327,7 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 207,8 milyon dollar və yaxud 8,2% azdır. 

Bölmədən olan bütün xəbərlər