Büdcə
272

"Azərkosmos"un yığılmış zərəri 313 milyon manatı keçib

“Azərkosmos” ASC 2018-ci ili 6,462 milyon manat zərərlə başa vurub.

“Renkinq” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2017-ci ilə nisbətən 59,85% azdır. Bununla belə, dövlət müəssisəsinin yığılmış zərəri 1,6% artaraq 313,191 milyon manat olub.

Ötən il “Azərkosmos”un satışdan gəlirləri 36,812 milyon manat, xidmətlərinin maya dəyəri 35,914 milyon manat, ümumi və inzibati xərcləri 8,476 milyon manat, maliyyə xərcləri 7,451 milyon manat, maliyyə gəlirləri 4,754 milyon manat, digər gəlirləri isə 3,813 milyon manat təşkil edib.

Bu il yanvarın 1-nə “Azərkosmos”un aktivləri 653,632 milyon manat olub ki, bu da illik müqayisədə 3,3% azdır. 2018-ci ildə şirkətin öhdəlikləri 8,7% azalaraq 740,868 milyon manata, balans kapitalındakı çatışmazlıq isə 35,6% azalaraq 87,236 milyon manata düşüb. Əvvəlki il olduğu kimi, ötən il də şirkətin öhdəlikləri aktivlərini üstələyib.

“Azərkosmos” 2011-ci ildə fəaliyyətə başlayıb. Hazırda onun nizamnamə kapitalı 63 610,6 min manatdır. 

Bölmədən olan bütün xəbərlər