Bankçılıq
349

Azərbaycanda 13 bankın balans kapitalı azalıb

Azərbaycanda 13 bankın balans kapitalı azalıb

Bu il aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 13-nün balans kapitalı illik müqayisədə azalıb.

"Renkinq" xəbər verir ki, bunlar "NBC Bank", "Muğan Bank", "Azər-Türk Bank", Pakistan Milli Bankının Bakı filialı, "Bank BTB", "Atabank", "Bank VTB Azərbaycan", "Unibank", "Bank of Baku", İran Milli Bankının Bakı filialı, "Express Bank", "Nikoyl Bank" və "Amrah Bank"dır. Ən çox azalma "Amrah Bank"da (52%), ən az azalma isə "NBC Bank"da (0,2%) qeydə alınıb.

Qalan 17 bank isə balans kapitalını artıra bilib. Ən yüksək dinamika "Kapital Bank"da (67,4%), ən aşağı dinamika isə "Turan Bank"da (0,4%) baş verib.

Bölmədən olan bütün xəbərlər