Bankçılıq
283

Azərbaycanda 7 bankın balans kapitalı 100 milyon manatdan çoxdur

Azərbaycanda 7 bankın balans kapitalı 100 milyon manatdan çoxdur

Bu il aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 7-nin balans kapitalı 100 milyon manatdan çoxdur.

"Renkinq" xəbər verir ki, bunlar "Azərbaycan Beynəlxalq Bankı" (1 298,747 milyon manat), "PAŞA Bank" (454,267 milyon manat), "Kapital Bank" (421,481 milyon manat), "Xalq Bank" (282,825 milyon manat), "Atabank" (143,33 milyon manat), "Premium Bank (137,309 milyon manat) və "Express Bank"dır (120,912 milyon manat).

Qalan 23 bankdan 20-də balans kapitalı 50-100 milyon manat arasında, 3 bankda isə balans kapitalı 10-50 milyon manat arasındadır. 

Bölmədən olan bütün xəbərlər