Büdcə
272

Azərbaycanda dollar kreditləri üzrə kompensasiyaya ayrılan vəsaitin məbləği 600 milyon manata çatıb

Azərbaycanda dollar kreditləri üzrə kompensasiyaya ayrılan vəsaitin məbləği 600 milyon manata çatıb

Prezident İlham Əliyevin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli fərmanının icrası olaraq Maliyyə Nazirliyi ABŞ dolları ilə götürülmüş kreditlər üzrə kompensasiya ödənişinə 6 mərhələdə 600,1 milyon manat vəsait ayırıb.

“Renkinq” bu barədə Nazirliyə istinadən xəbər verir.

Məlumata görə, Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdim etdiyi siyahı əsasında aprelin 18-də 350,8 milyon manat, mayın 6-da 53,5 milyon manat, mayın 14-də 26,3 milyon manat, mayın 15-də 42,6 milyon manat, mayın 23-də 46,2 milyon manat, bu gün mayın 31-də isə 80,6 milyon manat vəsait fəaliyyətdə olan və ləğv prosesində olan bankların, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin Azərbaycan Mərkəzi Bankındakı müxbir hesablarına köçürülüb. Bu, lazım olan vəsaitin 91,4%-dir.

Xatırladaq ki, sözügedən fərmanda baş vermiş devalvasiyalar nəticəsində vətəndaşlara dəymiş zərərin 3 aydan gec olmayaraq dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi öz əksini tapıb. 

Bölmədən olan bütün xəbərlər