Qeyri-bankçılıq
256

“Embafinans” BOKT-un xalis mənfəəti 3 dəfədən çox artıb

“Embafinans”  BOKT-un xalis mənfəəti 3 dəfədən çox artıb

“Embafinans” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2018-ci ili 1,827 milyon manat xalis mənfəətlə başa vurub.

“Renkinq” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2017-ci ilə nisbətən 3,2 dəfə çoxdur.

Ötən il “Embafinans”ın gəlirləri 6,998 milyon manat, o cümlədən faiz gəlirləri 5,782 milyon manat, qeyri-faiz gəlirləri 1,216 milyon manat, xərcləri 4,63 milyon manat, o cümlədən faiz xərcləri 1,263 milyon manat, qeyri-faiz xərcləri 3,367 milyon manat, xüsusi ehtiyatlara ayırmaları 65 min manat, mənfəət vergisi ödəmələri isə 475 min manat təşkil edib.

Bu il yanvarın 1-nə “Embafinans”ın aktivləri 29,645 milyon manat olub ki, bu da illik müqayisədə 34,5% çoxdur. Bunun 23,434 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2018-ci ildə BOKT-un kredit portfeli 51% böyüyüb.

Hesabat dövründə “Embafinans”ın öhdəlikləri 68,2% artaraq 15,463 milyon manata, balans kapitalı isə 10,4% artaraq 14,181 milyon manata çatıb.

Bölmədən olan bütün xəbərlər