Büdcə
306

Maliyyə Monitorinqi Xidməti Vergilər Nazirliyinin tabeliyinə verilib

Maliyyə Monitorinqi Xidməti Vergilər Nazirliyinin tabeliyinə verilib

Prezident İlham Əliyev “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” sərəncam imzalayıb.

“Renkinq” xəbər verir ki, sərəncama əsasən Maliyyə Monitorinqi Xidməti Vergilər Nazirliyinin tabeliyinə verilib.

Nazirlik qurumun fəaliyyətinin təmin edilməsi üçün müvafiq normativ hüquqi aktların layihələrini hazırlayıb dövlət başçısına təqdim etməlidir. Bu zaman cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və yaxud digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində beynəlxalq standartlara və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərə riayət olunmalı, ölkənin müvafiq qurumlarının üzv olduğu beynəlxalq təşkilatlar bu sahədə idarəetmənin təkmilləşdirilməsi məqsədilə görülən tədbirlər barədə məlumatlandırılmalıdır.

Bölmədən olan bütün xəbərlər