Büdcə
95

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ötən ili zərərlə başa vurub

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ötən ili zərərlə başa vurub

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (DƏDRX) 2018-ci ili 95 min manat zərərlə başa vurub.

“Renkinq” bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, ötən il DƏDRX 1,045 milyon manat gəlir əldə edib. Qurumun xərcləri isə 1,14 milyon manat, o cümlədən əməkhaqqı və dövlət sosial sığorta ayırmaları üzrə xərcləri 716 min manat, sərf edilmiş materialların dəyəri üzrə xərcləri 36 min manat, amortizasiya xərcləri 120 min manat, sair əməliyyat xərcləri isə 267 min manat təşkil edib. 

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər