Qeyri-bankçılıq
386

İDK BOKT ötən ili mənfəətlə başa vurub

İDK BOKT ötən ili mənfəətlə başa vurub

İDK MMC bank olmayan kredit təşkilatı (BOKT) 2018-ci ili 5 min manat zərərlə başa vurub. Halbuki, BOKT 2017-ci ildən 133 min manat mənfəətlə çıxmışdı.

"Renkinq" xəbər verir ki, ötən il İDK-nın gəlirləri 331 min manat, o cümlədən faiz gəlirləri 227 min manat, qeyri-faiz gəlirləri 104 min manat, xərcləri 318 min manat, o cümlədən faiz xərcləri 0 manat, qeyri-faiz xərcləri 318 min manat, xüsusi ehtiyatlara ayırmaları isə 8 min manat təşkil edib. BOKT mənfəət vergisi ödəməyib.

Bu il yanvarın 1-nə İDK-nın aktivləri 1,559 milyon manat olub ki, bu da illik müqayisədə 2,2% azdır. Hesabat dövründə BOKT-un öhdəlikləri 71,9% azalaraq 16 min manata düşüb, balans kapitalı isə 0,3% artaraq 1,542 milyon manata çatıb.

Bölmədən olan bütün xəbərlər