Büdcə
219

“Azərişığ”ın xalis mənfəəti 28% azalıb

“Azərişığ”ın xalis mənfəəti 28% azalıb

“Azərişıq” ASC 2018-ci ili 12,919 milyon manat xalis mənfəətlə başa vurub.

“Renkinq” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2017-ci ilə nisbətən 28% azdır.

Ötən il “Azərişığ”ın elektrik enerjisinin satışından gəlirləri 1 205,021 milyon manat, satışının maya dəyəri 1 097,307 milyon manat, paylama xərcləri 43,292 milyon manat, inzibati xərcləri 51,076 milyon manat, debitor borclar üzrə dəyərsizləşmə zərəri 11,774 milyon manat, sair gəlirləri 48,51 milyon manat, sair xərcləri 13,258 milyon manat, xals maliyyə xərcləri 6,555 milyon manat, mənfəət vergisi ödəmələri isə 17,35 milyon manat təşkil edib.

Səhmdar cəmiyyəti aktivləri, öhdəlikləri və balans kapitalı barədə məlumatları hələ ki, açıqlamayıb.

 

Bölmədən olan bütün xəbərlər