Bankçılıq
290

"Moody's" Azərbaycanda problemli kreditlərin xüsusi çəkisi ilə bağlı proqnozunu azaldıb

"2019-cu ilin sonuna qədər Azərbaycanda problemli kreditlərin xüsusi çəkisinin 10%-ə düşəyəci gözlənilir".

"Renkinq" xəbər verir ki, bunu "Moody's" beynəlxalq reytinq agentliyinin Azərbaycan üzrə illik konfransında təşkilatın vitse-prezidentinin köməkçisi Pyotr Paklin deyib.

"Prezident İlham Əliyevin “Fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı bizim üçün gözlənilməz oldu. Bu fərmana qədər biz problemli kreditlərin payının 2019-cu ilin sonuna qədər 12%-ə düşəcəyini proqnozlaşdırırdıq. Fərmandan sonra isə proqnozumuzu bir qədər azaltmışıq”, - deyə o, qeyd edib.

Mənbə: REPORT

 

Bölmədən olan bütün xəbərlər