Bankçılıq
129

"Access Bank"ın əsas səhmdarı bankın və ölkə iqtisadiyyatının inkişafına inanır

"Access Bank" QSC-nin rəhbərliyi və Asiya İnkişaf Bankının (AİB) maliyyə və risk menecmenti üzrə vitse-prezidenti İngrid van Veesin (Ingrid van Wees) rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Görüşdə "Access Bank"ın inkişaf strategiyası və bank sektorunda baş verən proseslər müzakirə olunub.

Bankın İdarə Heyətinin sədri Anar Həsənov bildirib ki, AİB kimi nüfuzlu beynəlxalq maliyyə institutunun bankın səhmdarları sırasına daxil olması olduqca mühüm amildir: "AİB ilə "Access Bank"ın əməkdaşlığının uzun tarixi mövcuddur və biz bu tərəfdaşlığa xüsusi önəm veririk. Son proseslər fonunda AİB "Access Bank"ın etibarlı tərəfdaşı olduğunu bir daha isbat etdi. Əminəm ki, AİB-in "Access Bank"ın səhmdarına çevrilməsi bankın inkişafına çox güclü təkan verəcək".

Sədr xatırladıb ki, kapitallaşma prosesindən əvvəl investorlarla danışıqlar prosesində "Access Bank"ın 5 illik strateji planıhazırla nıb: "Plana əsasən, biz kredit portfelimizi aktiv şəkildə artırmağı, o cümlədən yüksək gəlirlilik səviyyəsinə qayıtmağı planlaşdırırıq. Bankın əsas missiyaları sırasına mikro, kiçik və orta sahibkarlığın partnyoru olaraq qalmaq, o cümlədən əhaliyə göstərilən maliyyə xidmətərinin inkişafında aktiv iştirak etmək də daxildir".

Öz növbəsində İngrid van Vees qeyd edib ki, AİB ölkə iqtisadiyyatının müsbət inkişaf dinamikasına və "Access Bank"ın biznes planına inanır: "Mart ayında uğurla başa çatdırılan kapitallaşma prosesi bankı zəruri resurslarla təmin edib və bunun hesabına "Access Bank" müştərilərinin artan maliyyə ehtiyaclarını qarşılaya biləcək".

Xatırladaq ki, hazırda "Access Bank"ın səhmdar kapitalının 19,9%-i AİB-ə məxsusdur.

Bölmədən olan bütün xəbərlər