Büdcə
101

Maliyyə Bazarlarına Nəzarət Palatasının mənfəəti 3 dəfə artıb

Maliyyə Bazarlarına Nəzarət Palatasının mənfəəti 3 dəfə artıb

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) 2018-ci ili 10,443 milyon manat mənfəətlə başa vurub.

“Renkinq” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2017-ci illə müqayisədə 2,7 dəfə çoxdur.

Ötən il Palatanın əməliyyat gəlirləri 20,033 milyon manat, əməliyyat xərcləri 10,135 milyon manat, sair gəlirləri 759 min manat, debitor borclar üzrə dəyərsizləşmə xərcləri isə 214 min manattəşkil edib.

Bu il yanvarın 1-nə MBNP-nin aktivləri 21,335 milyon manat olub ki, bu da illik müqayisədə 45,7% çoxdur. Hesabat dövründə Palatanın öhdəlikləri 8,6% azalaraq 1,066 milyon manata düşüb, balans kapitalı isə 50,4% artaraq 20,269 milyon manata çatıb. 

Bölmədən olan bütün xəbərlər