Bankçılıq
118

Azərbaycan bankları gücləndirilmiş iş rejiminə keçəcək

Azərbaycan bankları gücləndirilmiş iş rejiminə keçəcək

UEFA Avropa Liqasının mayın 29-da Bakıda keçiriləcək final oyunu ilə əlaqədar Azərbaycan bankları mayın 27-dən iyunun 1-nə qədər gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

“Renkinq” bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) istinadən xəbər verir.

Məlumatda deyilir ki, ölkə əhalisinin və xarici qonaqların bank xidmətlərindən rahat faydalanması üçün 22 bankın 75 filial və şöbəsi gücləndirilmiş iş şəraitinə keçəcək. 9 bankın 12 filial və şöbəsi isə 24 saat işləyəcək.

Bundan əlavə oyun ərəfəsində ölkə əhalisinin və turistlərin maliyyə xidmətlərindən asanlıqla faydalanması üçün Palatanın istifadəyə verdiyi İ-MAP informativ xəritədə “FinalBaku2019” başlıqlı bölmə yaradılıb. İstifadəçilər https://www.fimsa.az/az/map keçidi vasitəsilə adıçəkilən bölməyə daxil olaraq gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək maliyyə subyektləri barədə ətraflı məlumat əldə edə bilərlər.

Bu ərəfədə MBNP-nin əməkdaşlarından ibarət xüsusi monitorinq qrupu da fəaliyyət göstərəcək. Yarana biləcək hər hansı sualla bağlı Palataya müraciət ünvanlamaq olar. Koordinator Rövşən Məmmədlidir.

E-poçt: bank@fimsa.az

Qaynar xətt: (050) 839-07-82;

Bölmədən olan bütün xəbərlər