Büdcə
115

“AzAlternativEnerji”nin zərəri artıb

“AzAlternativEnerji”nin zərəri artıb

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yanında “AzAlternativEnerji” MMC 2018-ci ili 566 min manat zərərlə başa vurub.

“Renkinq” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2017-ci ilə nisbətən 3,7% çoxdur.

Ötən il “AzAlternativEnerji”nin gəlirləri 3,972 milyon manat, o cümlədən əsas əməliyyat gəlirləri 439 min manat, xərclərin ödənilməsi ilə bağlı dövlət büdcəsindən ayırmalar 3,534 milyon manat, xərcləri isə 4,54 milyon manat, o cümlədən əsas əməliyyat xərcləri 999 min manat, insan resursları üzrə xərcləri 2,492 milyon manat, ümumi və inzibati xərcləri 388 min manat, əsas vəsaitlərin və qeyri-maddi aktivlərin amortizasiyası xərcləri 661 min manat təşkil edib. Şirkət əlavə olaraq2 min manat da gəlir əldə edib.

Bu il yanvarın 1-nə “AzAlternativEnerji”nin aktivləri 57,963 milyon manat olub ki, bu da illik müqayisədə 1,4% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri təxminən 50% artaraq 29 min manata, balans kapitalı isə 1,9% artaraq 57,934 milyon manata çatıb.

“AzAlternativEnerji” 2015-ci ildə 51,483 milyon manat nizamnamə kapitalı ilə yaradılıb. 

Bölmədən olan bütün xəbərlər