Büdcə
84

Samir Şərifov: “Azərbaycanın valyuta ehtiyatlarının ÜDM-ə nisbəti 100%-ə çatıb”

Samir Şərifov: “Azərbaycanın valyuta ehtiyatlarının ÜDM-ə nisbəti 100%-ə çatıb”

“Asiya İnkişaf Bankı (ADB) bu günə qədər Azərbaycanda infrastruktur və digər sahələrdə həyata keçirilən 23 layihəyə 3,7 milyard ABŞ dolları məbləğində vəsait ayırıb”.

“Renkinq” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Bakıda keçirilən “Dövlət Borcunun İdarə Edilməsi üzrə Asiya Regional Forumu”nda deyib.

“Bakı 2015-ci ildə ADB-nin Direktorlar Şurasının 48-ci toplantısına da ev sahibliyi edib. Düşünürəm ki, bu forum Azərbaycanla Bank arasında daha bir uğurlu əməkdaşlığa şərait yaradacaq. Azərbaycan bir sıra sahələrdə uğurlu islahatlar aparmağa başlayıb. Bu islahatlar xüsusilə dövlət maliyyələşməsini əhatə edir və büdcə gəlirlərinin neftdən asılığını azaldıb, büdcənin fiskal rolunu gücləndirib. Ümumilikdə biz iqtisadi islahatların uğurlu nəticələrini görməyə başlamışıq. Bu, özünü makroiqtisadi sabitlikdə, qeyri-neft sektorunun inkişafında, həmçinin aşağı inflyasiyada göstərir. Son nəticədə ölkənin valyuta ehtiyatları artır. Bu ilin I rübünün yekununda Azərbaycanın valyuta ehtiyatının ümumi daxili məhsula (ÜDM) nisbəti 100%-ə çatıb. Bu uğurlar hesabına Azərbaycan Dünya Bankının “Doing Business 2019” hesabatında 10 ən islahatçı islahatçı 10 ölkə kimi göstərilib”, - nazir qeyd edib.

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər