Bankçılıq
325

Maliyyə Bazarlarına Nəzarət Palatasında Rusiya Bankı ilə görüş keçirilib

Maliyyə Bazarlarına Nəzarət Palatasında Rusiya Bankı ilə görüş keçirilib

“Maliyyə və rəqəmsal texnologiyalar həftəsi” çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatasında Rusiya Bankının (Mərkəzi Bank) Milli ödəniş sistemi departamentinin direktoru Alla Bakina ilə görüş keçirilib.

"Renkinq" Palataya istinadən xəbər verir ki, görüşdə qonaq Rusiyada elektron ödənişlər sahəsində qanunvericilik bazası, həyata keçirilən islahatlar, ölkələr arasında pul köçürmə əməliyyatları, habelə maliyyə savadlılığı sahəsində həyata keçirilən layihələr haqqında məlumat verib. Həmçinin, Palatanın bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi və ölkədə maliyyə inklüzivliyinin gücləndirilməsi sahəsində gördüyü tədbirlər barədə danışılıb.

Rəqəmsal bankçılıq və elektron ödənişlər sahəsində ətraflı müzakirələrin aparıldığı görüşdə innovativ ödəniş həllərinə və elektron pulun ölkədə tətbiqi imkanlarına toxunulub, gələcək dövrdə qarşılıqlı əməkdaşlığın zəruriliyi qeyd edilib.

Bölmədən olan bütün xəbərlər