Bankçılıq
322

Zakir Nuriyev: "Azərbaycanda elektron hərrac sistemi yaradılmalıdır"

Zakir Nuriyev:

Hazırda Azərbaycanın maliyyə sektorunda dəyəri təxminən 10 milyard manat olan qeyri-işlək aktiv var.

"Renkinq" xəbər verir ki, bunu "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin sədri Zakir Nuriyev bildirib.

Onun sözlərinə görə, bu aktivlər həm bağlanmış, həm fəaliyyətdə olan banklara, o cümlədən "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə məxsusdur.

"Onların hərrac yolu ilə satışında problem var. Çünki, mövcud hərrac sistemi effektiv işləmir və elekron hərrac sistemi ilə əvəz olunmalıdır", - deyə Z.Nuriyev qeyd edib.

Bölmədən olan bütün xəbərlər