Bankçılıq
299

“Access Bank” sahibkarları biznes foruma dəvət edir

“Access Bank” sahibkarları biznes foruma dəvət edir

İyunun 11-də "Four Seasons" hotelində “Access Bank” QSC-nin təşkilatçılığı ilə biznes forumu keçiriləcək. Sahibkarların iştirakı ilə baş tutacaq tədbirdə aktual olan məsələlər ətrafında müzakirələr aparılacaq.

Biznes forum paralel keçirilən iki paneldən ibarət olacaq. "Vergi" və "Gömrük" panellərinə qatılanlar “Access Bank”ın əməkdaşları, bu sahələr üzrə ixtisaslaşmış ekspertlər, BİG-4 üzvü olan şirkət nümayəndələrinə öz suallarını ünvanlaya bilərlər.

Tədbir saat 15:00-da başlayacaq və 19:00-dək davam edəcək. Tədbirdə iştirak etmək istəyən şəxslər onlayn qeydiyyatdan keçməlidir.

Yerlərin sayı məhdud olduğundan müraciətlərə baxıldıqdan sonra təsdiqlənmiş iştirakçılara məlumat veriləcək.

Bölmədən olan bütün xəbərlər