Bankçılıq
322

Azərbaycanda 3 bankın mənfəət vergisi ödəmələri artıb

Azərbaycanda 3 bankın mənfəət vergisi ödəmələri artıb

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 5-i bu ilin yanvar-mart aylarında mənfəət vergisi ödəyib ki, bunlardan da 3-də sözügedən göstərici ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.

"Renkinq" xəbər verir ki, bunlar "Kapital Bank" (2,1 dəfə), "Azərbaycan Sənaye Bankı"dır (94,9%) və "Yapı Kredi Bank Azərbaycan"dır (79,1%). 

Digər 2 bank - "Xalq Bank" və "Unibank" ötən ilin I rübündə vergi ödəmədiyi üçün onun mənfəət vergisi ödəmələrinin dinamikasını hesablamaq mümkün olmayıb.

1 il bundan əvvəl mənfəət vergisi ödəmiş "PAŞA Bank" isə bu ilin 3 ayında vergi ödəməyib. Odur ki, bu bankın mənfəət vergisi ödəmələri 100% azalıb. 

1 bank - İran Milli Bankının Bakı filialı ötən ilin I rübündə mənfəət vergisi ödəməyib, bu ilin I rübündə vergi ödəmələrinə qənaət edib, qalan 23 bank isə həm ötən ilin yanvar-mart aylarında, həm də bu ilin eyni dövründə mənfəət vergisi ödəməyib. Odur ki, həmin bankların da vergi ödəmələrinin dinamikasını hesablamaq mümkün olmayıb.

Bölmədən olan bütün xəbərlər