Büdcə
178

Azərbaycanın dövlət büdcəsinin qalığı azalmaqda davam edir

Azərbaycanın dövlət büdcəsinin qalığı azalmaqda davam edir

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 7 503,4 milyon manat, xərcləri isə 7 220,5 milyon manat təşkil edib.

“Renkinq” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 13,3% və 21% çoxdur.

Son nəticədə büdcədə 282,9 milyon manatlıq qalıq yaranıb. Xatırladaq ki, bu rəqəm yanvar-mart aylarının yekununda 403,8 milyon manat, yanvar-fevral aylarının yekununda 578,1 milyon manat, yanvar ayının yekununda isə 828 milyon manat olub. 

Bölmədən olan bütün xəbərlər