Bankçılıq
321

“Bank VTB Azərbaycan” ADA universitetinin layihəsində iştirak edib

“Bank VTB Azərbaycan” ADA universitetinin layihəsində iştirak edib

“Bank VTB Azərbaycan” ASC ADA universitetinin “Capstone project” layihəsində iştirak edib. Bankın əməkdaşlarının rəhbərliyi altında tələbələr ticari maliyyələşmə imkanlarını araşdırıb.
3 ay ərzində akademiyanın tələbələri “Bank VTB Azərbaycan”ın nümayəndələri ilə birgə ixrac sahəsində bankın inkişaf perspektivlərini, eləcə də ticari maliyyələşmə portfelinin diversifikasiya imkanlarını qiymətləndirib. Tədqiqat işinin nəticələrini “Bank VTB Azərbaycan”ın əməkdaşları və akademiyanın professorları qiymətləndirib. Layihənin yekunu nəticəsində bank tələbələrə sertifikat və həvəsləndirici hədiyyələr təqdim edib.

“Belə layihələr həm tələbə, həm də işəgötürənlər üçün çox vacibdir. Bu layihələr çərçivəsində məzunlar müəyyən sahə üzrə təcrübə əldə edir. Biz ölkənin əsas ali təhsil müəssisələri ilə fəal şəkildə çalışırıq, tələbələrə təlim keçirir və onları gələcəkdə işə qəbul imkanı verən təcrübə keçməyə dəvət edirik” –deyə, “Bank VTB Azərbaycan”ın İnsan resursları idarəsinin rəisi Asiya Haqverdiyeva bildirib.

“Capstone project” –müəyyən mövzu üzrə tələbələrin biliklərinin praktiki tətbiqini nəzərdə tutan ADA universitetinin layihəsidir. Layihə diplom işinin alternativi hesab olunur. Hər il layihəyə iri şirkət və təşkilatlar dəstək olur. Şirkət nümayəndələrinin köməkliyiilə məzunlar müxtəlif mövzuları tədqiq edir və onların nəticəsində konkret təkliflər hazırlayır.

Bölmədən olan bütün xəbərlər