Bankçılıq
381

“Rabitəbank” ilk 24/7 filialının açılışını etdi!

“Rabitəbank” ilk 24/7 filialının açılışını etdi!

Ölkənin ən qabaqcıl banklarından biri olan “Rabitəbank”, daha bir filialının ünvanını dəyişməklə yanaşı, şəhərin mərkəzində 24/7 rejiminə keçərək, müştərilər üçün xidmət səviyyəsini artırdı.

Bakı şəhəri, Bülbül prospekti, 30 ünvanında yerləşən (Heydər Əliyev adına Sarayın yanı)“Rabitəbank”ın yeni Nəsimi filialı, rahat və standartlara uyğun olan geniş məkanla, ilk dəfə olaraqhəftənin yeddi günü, 24 saat olmaqlamüştərilərin xidmətindədir.

Qeyd edək ki, Nəsimi filialı 2003-ci ildən etibarən fəaliyyət göstərir vəxidmət səviyyəsini artırmaq məqsədi ilə, ünvanını dəyişib.

Ölkənin ən iri banklarından biri olan “Rabitəbank”, 23 filial və 2 şöbədən ibarət xidmət şəbəkəsi, 65 ATM ilə müştərilərin xidmətindədir. Bankın bütün xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün bankın 133 qaynar xəttinə aid  www.133.az saytına daxil olmaq və ya 133 Məlumat mərkəzinə zəng etmək kifayətdir.

Bölmədən olan bütün xəbərlər