Bankçılıq
339

"Kapital Bank"ın səhmdarlarının sayı artıb

Bu il yanvarın 1-nə "Kapital Bank" ASC-nin səhmdarlarının sayı 189 olub. 

"Renkinq" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 4 vahid çoxdur. 

Artım "Kapital Bank"ın minoritar səhmdarlarının sayının 184-dən 188-ə yüksəlməsi hesabına baş verib. 

Hazırda Bankın dövriyyədə hər birinin nominal dəyəri 12,39 manat olan 15 000 000 ədəd adi və 3 228 410 ədəd imtiyazlı səhmi var. Adi səhmlərin 14 980 163-ü və yaxud 99,87%-i "PAŞA Holdinq" MMC-yə, 0,13%-i 188 fiziki şəxsə, imtiyazlı səhmlərin isə 3 225 561-i və yaxud 99,91%-i adı çəkilən holdinqə, 2 849-u və yaxud 0,09%-i 61 fiziki şəxsə məxsusdur. 

Başqa sözlə, Bankın ötən il nizamnamə kapitalını 40 milyon manat və yaxud 21,5% artıraraq 185,85 milyon manatdan 225,85 milyon manata çatdırırkən bu prosesdə minoritar səhmdarlarının 1/3-i iştirak edib.

Bölmədən olan bütün xəbərlər