Bankçılıq
325

Azərbaycanda 3 bankın xüsusi ehtiyatlara ayırmaları 10 milyon manatdan çoxdur

Azərbaycanda 3 bankın xüsusi ehtiyatlara ayırmaları 10 milyon manatdan çoxdur

Bu ilin yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 10-u xüsusi ehtiyatların yaradılmasına vəsait ayırmayıb.  

"Renkinq" xəbər verir ki, bunlar Pakistan Milli Bankının Bakı filialı, "Amrah Bank", "Premium Bank", "Rabitəbank", "AGBank", "Turan Bank", "Atabank", "Bank VTB Azərbaycan", "Unibank" və "Azərbaycan Beynəlxalq Bankı"dır (ABB).

Adı çəkilən banklar ehtiyatlara ayırmalar üzrə müxtəlif məbləğlərdə qənaət ediblər. Bu baxından ən yüksək göstərici ABB-də (45,19 milyon manat), ən aşağı göstərici isə Pakistan Milli Bankının Bakı filialında (2 min manat) qeydə alınıb.

Qalan 20 bank isə xüsusi ehtiyatların yaradılmasına vəsait ayırıb. Onlardan 3-də bu göstərici 10 milyon manatdan çoxdur. Həmin banklar "Access Bank" (91,939 milyon manat), "Muğan Bank" (14,601 milyon manat) və "Bank of Baku"dur (11,483 milyon manat).

Xüsusi ehtiyatlara ayırmalar 10 bankda 1-10 milyon manat arasında, 7 bankda isə 1 milyom manatdan azdır.

Bölmədən olan bütün xəbərlər