Büdcə
93

Mikayıl Cabbarov: "Vergi islahatlarının əsas məqsədi beynəlxalq reytinqlərdə yüksəlmək deyil"

Mikayıl Cabbarov:

"Azərbaycanda həyata keçirilən vergi islahatlarının əsas məqsədi beynəlxalq reytinq cədvəllərində ölkənin reytinqinin yüksəldilməsi deyil".

"Renkinq" xəbər verir ki, bunu vergilər naziri Mikayıl Cabbarov deyib.

"Azərbaycanda bu islahatlar sistemli şəkildə aparılır. Məqsəd həm regional, həm də beynəlxalq səviyyədə sağlam rəqabətə davam gətirməklə ölkə iqtisadiyyatına sərmayələr cəlb etmək, yeni iş yerlərinin yaradılmasıdır. İlk öncə bunda maraqlıyıq. Amma hər halda islahatlar Dünya Bankının, Davos İqtisadi Forumunun müəyyən etdiyi beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinə müsbət təsir edir", - deyə nazir bildirib.

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər