Büdcə
178

Mikayıl Cabbarov: "Könüllü vergi ödəmələri nəzərəçarpacaq dərəcədə artıb"

Mikayıl Cabbarov:

"Azərbaycanda bu ilin əvvəlindən tətbiq olunan yeni vergi qanunvericiliyi könüllü vergi ödəmələrini nəzərəçarpacaq dərəcədə artırıb".

"Renkinq" xəbər verir ki, bunu vergilər naziri Mikayıl Cabbarov bildirib.

"Son nəticədə vergi daxilolmaları proqnozu üstələyir. Əgər bu ilin I rübünün yekununda proqnoz tapşırığında nəzərdə tutulandan 150 milyon manat çox vergi toplanmışdısa, ilin ilk 4 ayı üzrə əlavə yığım 200 milyon manat olub. Bu da vergi yükünün azaldılması, vergi ödəyicilərə eyni yanaşılması, qanunda nəzərdə tutulan vergi güzəştlərinin tam həcmdə tətbiq edilməsi ilə bağlıdır", - deyə nazir qeyd edib.

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər