Büdcə
101

Azərbaycanda Hökumət Ödəniş Portalı ilə ödənişlər sürətlə artır

Azərbaycanda Hökumət Ödəniş Portalı ilə ödənişlər sürətlə artır

Son 3 ildə Azərbaycanın milli ödəniş sisteminin dövriyyəsi 73% artaraq 274 milyard manat təşkil edib.

“Renkinq” xəbər verir ki, bunu Bakıda keçirilən Maliyyə və Texnologiyalar Sammitində (“Fintex Sammit”) çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova bildirib.

“Kart ödənişlərində və nağdsız dövriyyədə kifayət qədər yüksək, 154% artım müşahidə edilib. Hətta Hökumət Ödəniş Portalı vasitəsilə nağdsız ödənişlərin sayında 7 dəfə artım müşahidə olunub”, - deyə K.Qurbanova əlavə edib.

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər