Büdcə
76

Azərbaycan iqtisadiyyatı 2,1% böyüyüb

Azərbaycan iqtisadiyyatı 2,1% böyüyüb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 23 813,4 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 2,1% çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

“Renkinq” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

ÜDM istehsalının 46,5%-i sənayenin, 9,9%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,6%-i nəqliyyat və anbar təsərrüfatı sahələrinin, 5,9%-i tikintinin, 3,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8%-i informasiya və rabitə sahələrinin, 14,6%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,0%-ini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 2 411,8 manata bərabər olub.  

 

Bölmədən olan bütün xəbərlər