Bankçılıq
312

Azərbaycanda 3 bankın əməliyyat zərəri azalıb

Azərbaycanda 3 bankın əməliyyat zərəri azalıb

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 12-nin bu ilin yanvar-mart aylarındakı əməliyyat mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.

"Renkinq" xəbər verir ki, bunlar "Muğan Bank", "Bank Respublika", "Azərbaycan Sənaye Bankı", "PAŞA Bank", "Premium Bank", "Kapital Bank", "Rabitəbank", "Yapı Kredi Bank Azərbaycan", "Bank Avrasiya", "Zıraat Bank Azərbaycan", "Azərbaycan Beynəlxalq Bankı" və "Nikoyl Bank"dır. Ən yüksək dinamika "Muğan Bank"da (7 dəfə), ən aşağı dinamika isə "Nikoyl Bank"da (6,2%) qeydə alınıb.

5 bankın - "Naxçıvan Bank", İran Milli Bankının Bakı filialı, "Xalq Bank", "AFB Bank" və "Günay Bank"ın əməliyyat mənfəəti isə illik müqayisədə azalıb. Ən çox azalma "Günay Bank"da (73,8%), ən az azalma isə "Naxçıvan Bank"da (3,2%) qeydə alınıb.

Hesabat dövründə 1 bankın - "Turan Bank"ın əməliyyat zərəri 6,3 dəfə artıb, 3 bankın - "Amrah Bank", "AGBank" və "Bank VTB Azərbaycan"ın əməliyyat zərəri isə müvafiq olaraq 25,8%, 61% və 77,7% azalıb.

3 bank - "Atabank", "NBC Bank" və Pakistan Milli Bankının Bakı filialı bu ilin I rübünü əməliyyat zərəri ilə, ötən ilin I rübünü əməliyyat mənfəəti ilə, 6 bank - "Access Bank", "Azər-Türk Bank", "Bank BTB", "Bank of Baku", "Express Bank" və "Unibank" bu ilin yanvar-mart aylarını əməliyyat mənfəəti ilə, ötən ilin yanvar-mart aylarını əməliyyat zərəri ilə başa vurub. Odur ki, bu bankların maliyyə göstəriclərinin dinamikasını hesablamaq mümkün olmayıb.

Bölmədən olan bütün xəbərlər