Büdcə
187

Azərbaycanın xarici ticarət dövriyyəsi 34% artıb

Azərbaycanın xarici ticarət dövriyyəsi 34% artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 11,639 milyard ABŞ dolları dəyərində xarici ticarət əməliyyatı aparıb.

“Renkinq” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,1% çoxdur.

4 aylıq ticarət dövriyyəsinin 7,09 milyard dolları ixracın, 4,549 milyard dolları idxalın payına düşüb. Son 1 ildə ixrac 25,45%, idxal isə 50,3% artıb.

Son nəticədə xarici ticarətdə 2,541 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 3,2% azdır.

Bölmədən olan bütün xəbərlər