Büdcə
102

Vergi ombudsmanı: "Maksimum çalışdıq ki, vergi ödəyiciləri kölgədən çıxsınlar"

Vergi ombudsmanı:

"Bu ilin əvvəlindən Azərbaycanda aldığı əmək haqqı 8 min manata qədər olanlar gəlir vergisi ödəməkdən azaddır və bu güzəşt vergi ödəmək istəyən şəxslərin üzə çıxmasına imkan verir".

"Renkinq" xəbər verir ki, bunu vergilər nazirinin müşaviri, vergi ombudsmanı Elçin Məmmədov deyib.

"Vergi Məcəlləsində edilən dəyişiklər hesabına maksimum çalışdıq ki, vergi ödəyiciləri kölgədən çıxsınlar. Dövlət sahibkarların sayının artması üçün bacardıqca təkan verir", - deyə o, qeyd edib.

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər