İnvestisiya
182

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 6% azalıb

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 6% azalıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 3 916 milyon manat vəsait yönəldilib. 

"Renkinq" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,9% azdır. 

Sərf edilmiş vəsaitin 69,9%-ni bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib. Ümumi sərmayənin 64,5%-i məhsul istehsalı obyektlərinin, 26,5%-i xidmət sahələri üzrə obyektlərin, 9%-i isə ümumi sahəsi 595,6 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 69,4%-ni təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 60,7%, büdcə vəsaitləri 25,6%, əhalinin şəxsi vəsaitləri 6,4%, bank kreditləri 5,8%, büdcədənkənar fondların vəsaitləri 1,2%, sair vəsaitlər isə 0,3% paya malik olub.

2019-ci ilin ilk 4 ayında Bakıda Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Xidmətləri Məkanı, Mərdəkan-Qala avtomobil yolu, Sumqayıtda Dövlət Neft Şirkətinin (SOCAR) karbamid və polietilen zavodları, Beyləqanda Olimpiya İdman Kompleksi, Tarix-Diyarşünaslıq Muzeyi, Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli və Mingəçevir- Stansiya Mingəçevir - Bəhrəmtəpə - Beyləqan avtomobil yolları, Naxçıvan MR-da isə 1 170 şagird yerlik 2 ümumtəhsil məktəb binası, 200 yerlik məktəbəqədər təhsil müəssisəsi, bir növbədə gəlişlərin sayı 35 nəfər olan 2 ambulatoriya-poliklinika müəssisəsi, Qobustan və Şəmkir rayonlarında 310 çarpayılıq 2 xəstəxana və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib.

Bölmədən olan bütün xəbərlər